Heyvanal.az

Seçilmiş Elanlar 0
Seçilmiş elan yoxdur

Bəyəndiyiniz elanları ürək ikonuna klikləyərək bura əlavə edə bilərsiniz.

Təhlükəsizlik məsləhətləri

Təhlükəsizlik məsləhətləri və dələduzluqdan mühafizə

Təhlükəsiz heyvan alqı-satqısı üçün vacib məsləhətlər.

Təhlükəsiz ticarət zəmanəti

Heyvan alqı-satqısında qızıl təhlükəsizlik qaydası

Heç vaxt heyvana yerində, canlı baxış keçirmədən qabaqcadan BEH (avans) göndərməyin! Heyvanal.az administrasiyası heç bir istifadəçidən kartın CVV kodunu və ya SMS təsdiq kodunu tələb etmir.

Alıcılar üçün

Alıcılar üçün vacib məsləhətlər

1
Təsərrüfatda və ya ünvanda görüşün

Heyvanı mütləq təbii şəraitində, hərəkətdə və iştahlı halda müşahidə edin. Lazım gələrsə yanınızda mütəxəssis (baytar) aparın.

2
Qulaq birkasını və baytarlıq pasportunu yoxlayın

Dövlət qeydiyyatında olan kənd təsərrüfatı heyvanlarının xüsusi identifikasiya nömrəsi (birkası) və peyvənd qeydiyyatı olmalıdır.

3
Həddən artıq ucuz qiymətlərə şübhə ilə yanaşın

Bazar qiymətindən 2-3 dəfə ucuz qoyulan və "təcili xaricə köçürəm, beh atın saxlayım" deyilən elanlar adətən dələduzluq məqsədi daşıyır.

4
Ödənişi yalnız təhvil zamanı edin

Heyvanı təhvil alıb yük maşınına mindirmədən heç bir kart köçürməsi və ya nağd pul verməyin.

Satıcılar üçün

Satıcılar üçün vacib məsləhətlər

1
Bank kartınızın məxfi məlumatlarını verməyin

Alıcı sizə pul göndərmək üçün yalnız kartın üzərindəki 16 rəqəmi bilməlidir. Kartın bitmə tarixi, CVV kodu və ya SMS kodu əsla tələb oluna bilməz.

2
Saxta kuryer və fişinq linklərinə daxil olmayın

WhatsApp üzərindən "Pulu kuryerlə göndərdim, bu linkə daxil olub kartınızı yazın və pulu çəkin" tipli saxta keçidləri dərhal bloklayın.

3
Vəsaitin hesabınıza oturmasını təsdiqləyin

Alıcının göndərdiyi çek ekran görüntüsünə (skrinşota) deyil, yalnız öz rəsmi mobil bank tətbiqinizdəki balansa inanın.

4
Doğru və dəqiq məlumat qeyd edin

Heyvanın gerçək çəkisini, yaşını və qüsurlarını əvvəlcədən bildirin ki, alıcı gəldikdə anlaşılmazlıq və mübahisə yaranmasın.

Şübhəli elan və ya dələduzluqla qarşılaşdınız?

Dərhal komandamızla əlaqə saxlayın, saxta elan və istifadəçilər sistemdən ləğv edilsin.

Qaynar Xətt